Banklar mikro və iri sahibkarlıq subyektlərinə yüksək riskli kredit verdiyi üçün marjaların və maya dəyərinin artacağı proqnozlaşdırılır-SORĞU
2025-ci ilin I rübü üzrə aparılmış sorğular bankların mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditləri əsasən yüksək riskli hesab etdiyini, buna görə də həmin kreditlər üzrə marjaların, kovenantların və maya dəyərinin artırılmasının nəzərdə tutulduğunu göstərir. GDP xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində əksini tapıb.
Sorğu nəticələrinə görə, ümumilikdə biznes kreditləri üzrə kredit standartlarında əhəmiyyətli dəyişiklik baş verməyib. Bununla belə, mikro sahibkarlıq subyektləri üçün kredit standartlarında müəyyən yumşalma müşahidə olunub.
Banklar 2025-ci ilin II rübü üzrə ümumi biznes kreditləri üzrə standartlarda ciddi dəyişiklik gözləməsələr də, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərdə standartların yumşalacağını proqnozlaşdırırlar.