2026-cı ilin mart ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 42,7 milyon dollar artaraq 31 mart 2026-cı il tarixində 11 milyard 656,8 milyon dollara çatıb.
Bu barədə GDP Mərkəzi Banka istinadən xəbər verir.
27 Fevral 2026-cı il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 614,1 milyon dollar təşkil etmişdi.
Fevralda rəsmi valyuta ehtiyatları 50,6 milyon dollar artmışdı.
Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlara görə, 30 dekabr 2025-ci il tarixində 11 milyard 514,9 milyon ABŞ dolları təşkil edən ehtiyatlar, 31 mart 2026-cı il tarixinə 11 milyard 656,8 milyon dollara çatıb.
Üç aylıq dövrdə valyuta ehtiyatları ümumilikdə 141,9 milyon dollar (1,23 faiz) artıb. Artım ən yüksək həddə fevral ayında – 50,6 milyon dollar (0,44 faiz) olub. Yanvar ayında ehtiyatlar 48,6 milyon dollar (0,42 faiz), mart ayında isə 42,7 milyon dollar (0,37 faiz) artıb.
Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları ilə)
31.03.2026 11656,8
27.02.2026 11614,1
30.01.2026 11563,5
30.12.2025 11514,9


