2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun təqdim etdiyi güzəştli kreditlərin 99,8%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.
GDP xəbər verir ki, fondun məlumatına görə, həmin dövr ərzində verilmiş güzəştli kreditlərin ümumi məbləğinin 93,4%-i də bu kateqoriyaya daxil olan sahibkarlıq subyektlərinin payına düşüb.
Bu göstəricilər, Sahibkarlığın İnkişafı Fondunun mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədi ilə həyata keçirdiyi siyasətin effektivliyini bir daha təsdiq edir. Fondun təqdim etdiyi güzəştli kreditlər vasitəsilə sahibkarların öz bizneslərini genişləndirməsi, yeni iş yerlərinin açılması və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin artırılması üçün əhəmiyyətli imkanlar yaradılıb.