Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir.
GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır.
2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 77,7 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,3 faizə bərabər olacağı proqnozlaşdırılır