2025-ci ildə dövlət əmlakının özəlləşdirilməsi və dövlət obyektlərinin icarəyə verilməsi hesabına Azərbaycan Respublikasının dövlət büdcəsinə 181,5 milyon manat vəsait daxil olub.
GDP xəbər verir ki, bu barədə Dövlət Əmlak Məsələləri Xidməti məlumat yayıb.
Məbləğin böyük hissəsi özəlləşdirmədən əldə olunan gəlirlərin payına düşüb — 135,3 milyon manat. Dövlət obyektlərinin icarəyə verilməsindən isə 46,2 milyon manat gəlir təmin olunub.
2025-ci il ərzində 236 kiçik dövlət müəssisəsi və obyekti, 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 torpaq sahəsi və 1.160 nəqliyyat vasitəsi özəlləşdirilib. Həmçinin 4.957 icarə müqaviləsi bağlanıb.

