Azərbaycan dövlət büdcəsi 2025-ci ilin yanvar-mart aylarını müsbət salda ilə başa vurub. Maliyyə Nazirliyinin məlumatına görə, birinci rübdə büdcə gəlirləri 9733,4 milyon manat təşkil edib.
Həmin dövrdə büdcə xərcləri 8115,0 milyon manat səviyyəsində olub. Nəticədə, rüb ərzində 1618,4 milyon manat (1,6 milyard manat) məbləğində büdcə profisiti yaranıb.
Bu göstəricilər ölkə iqtisadiyyatının müsbət dinamikasını və dövlət maliyyə idarəçiliyinin səmərəliliyini əks etdirir.