Məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.
GDP xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisə tərəfindən idxal olunan 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanan bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.