Meksikalı kişi 28 dollara 28 min dollar dəyərində Cartier sırğaları alıb.
GDP xəbər verir ki, şirkət internet saytındakı qiymətə üç sıfır əlavə etməyi unudub və pulun geri qaytarılmasını təklif edib.
Onlar kompensasiya olaraq bir şüşə zərif şampan və bahalı dəridən hazırlanmış sənəd qovluğu təklif ediblər.
Lakin kişi bununla qane olmayıb- o, alıcının xeyrinə qərar verən Meksikanın istehlakçıların müdafiəsi agentliyinə şikayət edib.