IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) San-Fransiskoda IV Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün qlobal texnologiya forumunda iştirak edir.
GDP xəbər verir ki, tədbirdə 110 məruzəçi çıxış edəcək.
Bu il forumda 219 təşkilatdan 300-ə yaxın ekspert iştirak edir. Forumun əsas məqsədi texnoloji innovasiyalar vasitəsilə inklüziv iqtisadiyyatlara və cəmiyyətlərə töhfə verməkdir.
4SIM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (WEF) Enerji və Materiallar Mərkəzinin təşkil etdiyi Yeni Enerji Balansı sessiyasında məruzəçi kimi çıxış edəcək. O, həmçinin üzvü olduğu AI Governance Alliance platformasının iclasında iştirak edəcək.
Səfər zamanı Silikon Vadisi və Stenford Universiteti ilə əməkdaşlıq çərçivəsində görüşlər nəzərdə tutulub.
Trending
- “Kapital Bank”ın mənfəəti 68.91%, faiz xərcləri 60.67% artıb-2025-ci ilin maliyyə hesabatı
- Çində gümüşün qiyməti 100 dollara qədər yüksəlib, 6%-dən çox artaraq yeni tarixi maksimuma çatıb
- ABB-nin 2025-ci ildə xalis mənfəəti 14%-dən çox, kredit portfeli 11% artıb, likvidliyi isə 21% azalıb
- Unibankın mənfəəti 26%, depozitlərə ödədiyi faizi 30% artıb- 2025 maliyyə hesabatı
- ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
- Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov: “2026-cı il bank üçün yeni və daha iddialı mərhələnin başlanğıcı olacaq”
- Qlobal banklardan FED siqnalı: sərt pul siyasəti davam edəcək
- Marriott International tərkibində Bakıdakı iki aparıcı otelə yeni marketinq rəhbəri təyin edilib

