Azərbaycan Mərkəzi Bankı “Avto-icbari sığorta üzrə şikayət indeksi, Sentyabr 2023 – Avqust 2024” hesabatını açıqlayıb.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr 2023 – avqust 2024 dövrünü əhatə edən hesablamaya əsasən, “Bakı Sığorta” ASC 2.92, “Xalq Sığorta” ASC 2.33 və “Paşa Sığorta” ASC 1.24 göstərici ilə yuxarı şikayət indeksində yer alıb.
Aşağı şikayət indeksində isə “AtaSığorta” ASC (0.97), “Atəşgah Sığorta” ASC (0.80), “Meqa Sığorta” ASC (0.77), “Azərbaycan Sənaye Sığorta” ASC (0.46) və “Qala Sığorta” ASC (0.42) qərarlaşıb.Qeyd edək ki, orta şikayət indeksində heç bir sığorta şirkəti yer almayıb.
Bu indeks, müştərilərin sığorta şirkətlərindən məmnuniyyət səviyyəsini əks etdirir və hesablama nəticəsində əldə olunan orta göstəriciyə əsaslanır.