Avropa İttifaqında banklar müdafiə sənayesini kreditləşdirmək istəmirlər və onu pornoqrafiya ilə eyni kateqoriyaya aid edirlər.
GDP -nin məlumatına görə Bloomberg yazır ki, Avropanın müdafiə sənayesi rəhbərləri, siyasətçilər və bankirlər ESG tələblərinin təcili olaraq yenidən nəzərdən keçirilməsinə çağırırlar ki, banklar silah istehsalçılarına və hərbi podratçılara daha tez maliyyə ayıra bilsinlər.
Silah istehsalçıları “günah səhmləri” (sin stocks) kimi qiymətləndirilir.
Alpine Eagle şirkətinin qurucusu – pilotsuz uçuş aparatlarının tutulması üçün texnologiyalarla məşğul olan bir iş adamı – şikayətlənir ki, Avropa bankları ona anketlər göndərir və orada ondan təsdiqləməsini istəyirlər ki, onun biznesi non-ESGkateqoriyasına aid edilmir. Bu kateqoriyada isə müdafiə sənayesi pornoqrafiya ilə eyni səbətə qoyulur. Onun sözlərinə görə, banklar üçün bu “eyni şeydir”.