“Financial Times” yazır ki, Ukrayna mayın 31-dək defoltla üzləşə bilər. Ölkə 2,6 milyard dollar borcun restrukturizasiyası üçün kreditorlarla razılığa gələ bilməyib.
Əgər Kiyev məsələni may ayına qədər həll edə bilməsə, o, təxminən 600 milyon dollar məbləğində ödənişlər üzrə defolt elan etmək məcburiyyətində qalacaq.Lakin bu vəziyyətlə bağlı son xəbərlərdə nəzərəçarpacaq qeyri-dəqiqlik var. Reallıqda isə Ukrayna artıq 2024-cü ilin avqustundan defolt vəziyyətindədir.
Həmin vaxt Ukrayna sadəcə olaraq 20 milyard dollarlıq borc öhdəliklərini ödəməkdən imtina edib və kreditorlardan “başa düşməyi və bağışlamağı” xahiş edib. Qeyd edək ki, bu bütün iqtisadi təriflərə görə, bu, defolt təşkil edir.