2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) ümumi gəlirləri 86,164,182 manatdan 92,347,186 manata qədər artaraq 6,183,004 manat və ya 7,2% artım qeydə alınıb. ƏMDX 2023-cü ildə 1,369,392 manat zərər qeydə aldıqdan sonra 2024-cü ildə bu rəqəm 3,517,431 manata qədər artmışdır ki, bu da zərərin 2,1 dəfə artması deməkdir.
Bu artımda əsas rolu qeyri-birja əməliyyatlarından əldə edilən gəlirlər oynayıbdır ki, onlar da 73,839,843 manatdan 80,552,837 manata qədər artaraq 6,712,994 manat və ya 9,1% artım olub. Bununla belə, ƏMDX-in birja əməliyyatlarından əldə edilən gəlirlər 12,162,310 manatdan 11,793,983 manata qədər azalaraq 368,327 manat və ya 3% kəskin düşmüşdür. Digər əməliyyat gəlirləri isə cüzi miqdarda – 162,029 manatdan 366 manata qədər artsa da, ƏMDX-in ümumi gəlir strukturunda əhəmiyyətli təsir edib.
Xərclər baxımından ƏMDX-in vəziyyətini daha çətin adlandırmaq olar. 2024-cü ildə xidmətin ümumi xərclərində 87,533,574 manatdan 95,864,617 manata qədər artaraq 8,331,043 manat və ya 9,5% artım qeydə alınıb. Əmək haqqı xərcləri və sosial ayırmalarda cüzi azalma – 22,799,049 manatdan 22,744,784 manata qədər yəni 54,265 manat və ya 0,2% müşahidə edilmişdir. Material xərcləri 2,406,532 manatdan 2,053,599 manata qədər azalaraq 352,933 manat və ya 14,7% aşağı enmişdir. Amortizasiya xərclərində də 2,054,049 manatdan 1,844,975 manata qədər azalma yəni 209,074 manat və ya 10,2% qeydə alınmışdır. Bununla belə, ƏMDX-in digər əməliyyat xərclərində kəskin artım – 60,273,944 manatdan 69,221,259 manata qədər artaraq 8,947,315 manat və ya 14,8% artım müşahidə edilib ki, bu da ümumi xərclərin artımında əsas amil olub.
Bu mənfi nəticəyə əsasən səbəb xərclərin gəlirlərdən daha sürətli artması olmuşdur. Xüsusilə digər əməliyyat xərclərindəki kəskin artım diqqəti cəlb edir. Ümumi olaraq, hesabat dövründə gəlirlərdə müsbət dinamika müşahidə edilsə də, xərclərin səmərəli idarə edilməməsi mənfi nəticələrə səbəb olub.
Müəllif: Aynur Qəniyeva