İlon Mask X platformasındakı profilini dəyişdirərək kriptovalyuta bazarını yenidən qeyri müəyyən volatilliklə üzləşib.
GDP xəbər verir ki, texnologiya maqnatı profil adını və şəklini “gorklon rust” olaraq dəyişdi və xAI şirkətinin süni intellekt köməkçisi Grok-u parodiya edən satirik çatbot Gork-un hesabını qeyd etdi.
Bu kiçik dəyişiklik kriptovalyuta bazarında böyük təsir göstərdi. Solana blokçeynində yerləşən eyni adlı $GORK tokeni qısa müddətdə dəyərini təxminən iki dəfə artırdı.
Mask-ın sosial media hərəkətlərinin kriptovalyuta bazarına təsir göstərməsi ilk dəfə deyil. Əvvəllər də onun Twitter/X paylaşımları Dogecoin və digər kriptovalyutaların qiymətində kəskin dəyişikliklərə səbəb olmuşdu.