Financial Times (FT) mənbələrə istinadən bildirib ki, musiqi striminq xidməti Spotify yay aylarında onlarla ölkədə abunə haqqını qaldıracaq.
Xidmətin ən böyük bazarı olan ABŞ-da bu artım tətbiq edilməyəcək – burada qiymətlər keçən yay artırılmışdı. Avropa və Latın Amerikası ölkələrində fərdi abunə haqqı 1 avro bahalaşacaq.
FT qeyd edir ki, musiqi sənayesi uzun müddətdir striminq xidmətlərini qiymətləri artırmağa çağırırdı, çünki onların artım tempları inflyasiyanın gerisində qalıb.