İqtisadiyyat Nazirliyi və “Carlsberg Azerbaijan” arasında 2025–2030-cu illər üzrə Anlaşma Memorandumu imzalanıb.
GDP xəbər verir ki, sənədlə xammal və qablaşdırma materiallarının respublikada istehsalına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına dair müddəalar yer alıb.
İmzalanma mərasimi nazir Mikayıl Cabbaroun “Carlsberg Group”-un Mərkəzi və Şərqi Avropa üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakislə görüşü çərçivəsində baş tutub.