Müharibənin sona çatmasının 80 illiyi ilə əlaqədar olaraq, 49 alman şirkəti, II Dünya Müharibəsi dövründə Almaniyada Hitler və onun milli-sosialistlərindən ibarət hakimiyyətin güclənməsində rol oynadıqlarını etiraf edib.
GDP xəbər verir ki,bu addım, alman iqtisadiyyatının müharibə zamanı oynadığı rolun daha da dərin təhlil edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İmzalananlar arasında məşhur alman şirkətlərinin rəhbərləri yer alır, o cümlədən Adidas-ın icraçı direktoru, Bayer-in icraçı direktoru, Bosch-un baş direktoru, BMW-nin direktoru, Commerzbank-ın baş direktoru, Hugo Boss-un baş direktoru, Mercedes-Benz-in rəhbəri, Rheinmetal-ın idarə heyətinin sədri və Volkswagen-in baş direktoru.