Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov, sığorta sektorunun rəhbər şəxsləri ilə geniş müzakirəli görüş təşkil edib. Görüşdə cari ilin birinci rübündə sığorta sahəsinin fəaliyyət nəticələri, qlobal makroiqtisadi tendensiyalar, sektorda mövcud problemlər və gələcək inkişaf istiqamətləri ətraflı təhlil edilib.
Müzakirələr zamanı sığorta məhsullarının ictimaiyyət arasında təşviqi, könüllü və icbari sığorta növlərinin daha effektiv tətbiqi, həmçinin sektorda davamlılıq prinsiplərinin gücləndirilməsi kimi mühüm mövzular üzrə fikir mübadiləsi aparılıb. İştirakçılar, sığorta bazarının rəqabət qabiliyyətinin artırılması və sosial-iqtisadi dayanıqlığın təmin edilməsi üçün prioritet addımları müəyyənləşdiriblər.