Alman bankları, fırıldaqçılıq hallarının qarşısını almaq məqsədilə onlayn köçürmələrə dair yeni qaydalar tətbiq etməyi planlaşdırır.
GDP xəbər verir ki, yeni tələblərə görə, gündəlik maksimum köçürmə məbləği 2500€ ilə məhdudlaşdırılacaq.
Bundan əlavə, Sparkassen və Volks-Reiffeisen bank sistemləri xaricində edilən köçürmələrdə 36 saata qədər “soyuq müddət” tətbiq edilə bilər. Fırıldaqçılığa daha çox meylli olan müştəri kateqoriyaları üçün isə banklar əlavə məhdudiyyətlər qoyacaq.
Bu tədbirlər, müştərilərin telefon zəngləri nəticəsində vəsaitlərini itirməsinin qarşısını almağa yönəldilib.