Asiya İnkişaf Bankının sentyabr 2025 proqnozuna görə, Azərbaycan iqtisadiyyatı sabit, lakin orta templə inkişaf edir.
GDP -nin mnəlumatına görə bankın hesabatında bildirilir ki, 2024-cü ildə iqtisadi artım 3,0% təşkil edib. Cari ildə artımın 3,4%-ə yüksələcəyi, 2026-cı ildə isə bir qədər azalaraq 3,2%-ə enəcəyi gözlənilir. İnflyasiya göstəriciləri də idarəolunan səviyyədə qalır: 2024-cü ildə 3,2%, 2025-ci ildə 2,8%, 2026-cı ildə isə 3,0%.
Proqnozlara əsasən, Azərbaycanın iqtisadi inkişafına əsas təsir edən amil neft və qaz hasilatındakı dəyişikliklərdir.