Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərin məbləği 216,419 min manatdan 163,945 min manata enib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Konsolidasiya Edilmiş Maliyyə Hesabatında məlumat verilib.
Məlumata görə, bu, 52,474 min manat və ya 24.2% azalma deməkdir. Hesabatın təhlilindən məlum olur ki, azalmanın əsas səbəbi fonda verilmiş kreditlərin geri ödənilməsidir.