Azərbaycan Respublikasının Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında bildirilir ki, 2024-cü il ərzində Mərkəzi Bank tərəfindən həyata keçirilən sterilizasiya əməliyyatlarında əhəmiyyətli azalma müşahidə olunub.
GDP hesabata istinadən xəbər verir ki, hesabat ilinin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) notlarının nominal üzrə dövriyyədəki həcmi 208,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,111,9 milyon manat və ya 6,3 dəfə azalma deməkdir.
Bu göstərici Mərkəzi Bankın bazara əvvəlki illərə nisbətən daha az müdaxilə etdiyini göstərir.