Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin naziri cənab Ləziz Küdratov PASHA Real Estate şirkətinin beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimov və Marriott International şirkətinin Şərqi Avropa Regional vitse-prezidenti cənab Pankaj Birla ilə görüşüb.
GDP xəbər verir görüşdə Daşkənddə The Ritz-Carlton brendi altında inşa olunacaq beşulduzlu otel və lüks yaşayış kompleksi üzrə 200 milyon dollarlıq layihənin gedişi müzakirə edilib. Layihə Böyük Britaniyalı dizayn şirkəti Benoy ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və artıq 300,000 kubmetr torpaq çıxarılması, perimetr bünövrəsinin quraşdırılması kimi mühüm mərhələlər tamamlanıb. Hazırda təməl betonu tökülür.
PASHA Real Estate-in reallaşdırdığı bu layihə Daşkəndi lüks turizm və investisiya sahəsində regional mərkəzə çevirməkdə mühüm rol oynayacaq. Tərəflər layihənin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün tam sadiqlik nümayiş etdiriblər və gələcəkdə əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırırlar.