İngilis bankı Standard Chartered Bloomberg-ə bildirib ki, 2026-cı ildə dollar “böyük” bir ucuzlaşma ilə üzləşə bilər.
GDP xəbər verir ki, ABŞ büdcə kəsiri artdıqca daxili yığım azalır və ölkə xarici kapitala daha çox asılı olur. Bu, cari hesab kəsirini artırır və iqtisadi siyasət Trampın dediyi kimi iqtisadi artıma səbəb olmazsa, bu kəsiri saxlamaq çətinləşəcək.
Əgər iqtisadiyyat böyüməsə, xarici kreditorlar risk üçün daha yüksək əlavə haqq tələb edə bilər və bu da dolların zəifləməsinə gətirib çıxaracaq.