Tanınmış elektron pərakəndə ticarət şirkəti Umicon-nun öz brend adını dəyişərək “BirMarket” adı altında fəaliyyət göstərəcəyi gözlənilir.
GDP xəbər verir ki, bu dəyişiklik şirkətin genişlənmə strategiyasının və yeni ekosistem daxilində müştərilərinə daha geniş xidmətlər təqdim etməsinin tərkib hissəsidir.
“BirMarket” brendi ilə Umicon, müasir ticarət və rəqəmsal xidmətlər sahəsində yenilikçi həllər təklif etməyi, müştəri təcrübəsini artırmağı və ölkə daxilində pərakəndə satış bazarında mövqeyini daha da gücləndirməyi hədəfləyir.
Dəyişikliklərin detalları və “BirMarket”in gələcək strategiyası yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.