“Azər Türk Bank” ASC-nin nizamnamə kapitalı 100 milyon 500 min manata çatdırılıb.
GDP xəbər verir ki,bu, bankın nizamnamə kapitalının 21 milyon 500 min manat artırılması hesabına baş tutub. Artırımdan əvvəl bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edirdi.
Bankın səhmdar strukturu ilə bağlı məlumatlar açıqlanıb. Buna əsasən, bankın nizamnamə kapitalının 51%-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Qeyd edək ki, SOCAR 2025-ci ildə “Azər-Türk Bank” ASC-nin səhmdarları sırasına daxil olub.
Bankın digər səhmdarları sırasında Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Türkiyənin “Zıraat Bank”ı, “Zıraat Bank İnternational”, “AzRe Təkrarsığorta” ASC və “Qala Həyat Sığorta” ASC də var.

