“Premium Bank”ın İdarə Heyətinin sədri Kamil Lətifov bankdan ayrılıb.
GDP xəbər verir ki, bankdan verilən məlumata əsasən, o, öz təşəbbüsü ilə vəzifəsindən azad edilib.
Hələlik bankın İdarə Heyətinə yeni sədr təyin olunmayıb. Səhmdarların yeni qərarı qəbul edilənə qədər İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edəcək.
Qeyd edək ki, bankın İdarə Heyətində hal-hazırda Mahir Nəcəfovla yanaşı, üzv Fərid Abbasov da çalışır.
“Premium Bank” 1993-cü ildə təsis edilib. Bankın səhmlərinin 84,5%-i AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərova, 15,22%-i “VIP Aviation Services” MMC-yə, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.

