ABB İnvest-in icraçı direktoru Nadir Babazadə keçirdiyi mətbuat konfrasında bildirib ki, ABB mobile mobil tətbiqi vasitəsilə ABŞ birjalarında ticarət etmək imkanı artıq müştərilər üçün mövcuddur. Şirkət, ABŞ-da qeydiyyatdan keçmiş APİ brokeri “DriveWealth LLC” ilə birgə həyata keçirdiyi layihə nəticəsində müştərilərinin ABŞ birjalarında birbaşa öz adlarına səhmlərə investisiya etməsini təmin edir.
ABB mobile Mobil tətbiqi vasitəsilə alınan səhmlər və qiymətli kağızlar birbaşa istifadəçilərin adlarına alınır, bu da onları müxtəlif risklərdən qoruyur. Nadir Babazadə bildirib ki, gələcəkdəki potensial kotr-agent riskləri və brokerlərə aid hər hansı bir müflisləşmə halları qarşısında müştərilərin sığorta edilməsi təmin olunur. The Securities Investor Protection Corporation (SİPC) tərəfindən sığortalanan qiymətli kağız və pul qalıqları 500,000 ABŞ dollarına qədər müştəriləri qoruyur.
ABB Mobile tətbiqi artıq müştərilərə ticarət üçün əlavə imkanı təqdim edir. Əvvəllər yalnız ABŞ birjasının əsas ticarət saatlarında həyata keçirilən əməliyyatlar, bu gündən etibarən uzadılmış saatlarda da mümkün olacaq. Bu, müştərilərin birjanın rəsmi açılış və bağlanış saatlarından sonra da ABŞ-da birjasında ticarət olunan qiymətli kağızlar üzərində ticarət etmələrinəimkan verəcəkdir.
ABB İnvest-in yeni təqdim etdiyi bu funksiyalar, müştərilərə daha geniş və sərbəst ticarət imkanı yaradacaq.