İpoteka Kredit Zəmanət Fondunun Baş Meneceri Rasim Abdullayevin verdiyi məlumata əsasən, ölkə üzrə ipoteka kreditlərinin ümumi həcmi 5,1 milyard manat təşkil edir.
Onun sözlərinə görə, bu məbləğin əsas hissəsi — 3,5 milyard manat və ya ümumi kreditlərin 81%-i dövlət xətti ilə verilən ipoteka kreditlərinə aiddir.
Rasim Abdullayev qeyd edib ki, dövlət xətti ilə verilən ipoteka kreditlərindən 54,8 min şəxs faydalanıb. Bu, ölkə üzrə verilmiş kreditlərin böyük bir hissəsini təşkil edir və dövlətin ipoteka kreditləşməsindəki rolunun üstünlüyünü göstərir.
Bankların daxili ipoteka proqramları çərçivəsində isə ümumilikdə 1,6 milyard manat məbləğində kredit verilib. Bu kreditlər ümumi portfelin 19%-ni təşkil edir və 12,9 min şəxs tərəfindən istifadə olunub.