Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun kredit zəmanət departamentinin direktoru Elşən Kərimov bildirib ki, 01 iyul 2025 tarixinə olan məlumata əsasən, Fond tərəfindən təminat mexanizmi əsasında verilmiş kreditlərin ümumi məbləği 2 354 400 manat olub.
O qeyd edib ki,həmin kreditlər üzrə təqdim edilmiş zəmanətlərin ümumi məbləği isə 1 765 800 manat təşkil edir. Bu mexanizm çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib.