Close Menu
    What's Hot

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026
    Trending
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
      Recent

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Azərbaycanın vergi sistemində dəyişikliklər Gürcüstanla müqayisə- yeniliklərdən kim qazanacaq, kim qazancını itirəcək?
    Bu günün xəbərləri

    Azərbaycanın vergi sistemində dəyişikliklər Gürcüstanla müqayisə- yeniliklərdən kim qazanacaq, kim qazancını itirəcək?

    24 Noyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ildən etibarən Azərbaycan qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi, sosial sığorta və tibbi sığorta haqları üzrə yeni mərhələli model tətbiq etməyə başlayır. Bu islahat paketi rəsmi məşğulluğun genişləndirilməsi, əmək bazarında şəffaflığın artırılması, biznesin xərclərinin optimallaşdırılması və sosial müdafiənin gücləndirilməsi məqsədlərini daşıyır. Eyni zamanda ölkənin vergi sisteminin regiondakı müasir tendensiyalara uyğunlaşdırılmasını hədəfləyir.

    Aylıq gəliri 2500 manatadək olan şəxslər üçün vergi dərəcəsi 3 illik mərhələli keçidlə formalaşacaq:

    2026: 3%

    2027: 5%

    2028 və sonrası: 7%

    Mövcud 200 manatlıq vergi güzəşti isə qüvvədə saxlanılır. Bu yanaşma aşağı gəlir qruplarını daha güclü sosial müdafiə ilə təmin edir və onların rəsmi məşğulluqdan yayınma səbəblərini minimuma endirir. Hazırkı 14%-lik vahid dərəcə ilə müqayisədə işçilərin xalis gəlirində nəzərəçarpacaq artım yaranır.

    2500 manatdan yuxarı gəlirlər üçün “sabit məbləğ + artıq məbləğin faizi” sisteminə keçid edilir. Bu, proqressiv vergi sisteminin xüsusiyyətidir.

    Güzəştin Qorunması: 2500 manatadək gəliri olan şəxslər üçün 200 manatlıq vergidən azad olunan minimum məbləğ qorunur.

    Hazırkı sabit dərəcəli sistemdən (ümumiyyətlə 14%) aşağı və orta gəlirli qruplar üçün daha aşağı, yüksək gəlirli qruplar üçün isə nisbətən sabit (14%) vergi dərəcəsi olan bir sistemə keçid edilir.

    Sosial Sığorta və Tibbi Sığortada Dəyişikliklər:

    Sosial Sığorta: 8000 manatdan yuxarı gəlir üçün sosial sığorta haqqının ümumi dərəcəsi 25%-dən 21%-ə endirilir. Bu, əsasən işəgötürənin yükünü azaldır.

    Tibbi Sığorta: Ən əhəmiyyətli dəyişikliklərdən biridir. Əməkhaqqının 2500-8000 manat arasındakı hissəsi üzrə tibbi sığorta haqqının ümumi dərəcəsi 4%-dən cəmi 1%-ə kəskin şəkildə endirilir. Bu, həm işçi, həm də işəgötürən üçün böyük bir güzəştdir.

    Ən radikal dəyişiklik tibbi sığorta haqlarına aiddir:

    Gəlir aralığı Köhnə sistem Yeni sistem
    0–2500 AZN 4% 4%
    2500–8000 AZN 4% 1%
    8000+ AZN 1% 1%

    Xüsusilə orta gəlir qrupu üçün yükün 4 dəfə azalması həm işçilərin real əməkhaqqısını artırır, həm də işəgötürənlərin rəsmi maaş göstərmək motivasiyasını gücləndirir.

    Beynəlxalq Müqayisə:

    Gürcüstan Modeli:

    Gürcüstan, Azərbaycanda tətbiq edilməsi planlaşdırılan modelə çox bənzər bir vergi sisteminə malikdir və tez-tez regionda islahat nümunəsi kimi göstərilir.

    Gəlir Vergisi (Fiziki Şəxslər): Gürcüstanda gəlir vergisi sadəcə 20% sabit dərəcə ilə (2024-cü il vəziyyətinə görə) hesablanır. Lakin, vergidən azad olunan minimum aylıq məbləğ nisbətən yüksəkdir (500 GEL). Azərbaycanın təklifi isə daha mürəkkəbdir və aşağı gəlirlilər üçün dərəcəni başlanğıcda daha aşağı (3%-5%) müəyyən edir, lakin orta və yüksək gəlirlilər üçün effektiv dərəcə 10%-14% arasında dəyişir.

    Sosial Sığorta: Gürcüstanda sosial sığorta haqları əsasən işəgötürənin üzərinə düşür (ümumiyyətlə ~20%), işçinin ödənişi isə ya yoxdur, ya da cüzi miqdardadır. Azərbaycanın yeni modeli də sosial sığorta yükünün bir hissəsini işəgötürəndən götürməyə doğru addımdır, xüsusilə yüksək gəlirlilər üçün.

    Hər iki ölkədə məqsəd eynidir: rəsmi məşğulluğu artırmaq, iş yerlərinin qeydiyyatdan kənara çıxmasının qarşısını almaq və sahibkarlıq mühitini yaxşılaşdırmaq. Gürcüstanın təcrübəsi göstərir ki, vergi sisteminin sadəliyi və aşağı dərəcələri rəsmiləşdirməyə müsbət təsir göstərir.

    Proqressiv Vergi Sistemi: Proqressiv Vergi Sistemi nədir,hansı prinsiplə işləyir? bu, vergitutma bazasını (bu halda, fiziki şəxsin əmək haqqını) müəyyən hissələrə (dilimlərə) bölən və hər bir həmin hissə üçün ayrı-ayrı artan vergi dərəcələri tətbiq edən sistemdir. Başqa sözlə, “nə qədər çox qazanırsan, qazandığın hər bir əlavə manat üçün bir o qədər yüksək faiz verirsən” prinsipinə əsaslanır. Bu, sosial ədaləti təmin etmək (yüksək gəlirlidən daha çox vergi almaq) və eyni zamanda aşağı gəlirliləri vergi yükündən qorumaq üçün effektiv bir vasitədir.

    Sığorta Haqlarının Diferensiasiyası: Sığorta haqlarını gəlir səviyyəsinə görə diferensiasiya etmək də yayılmış təcrübədir. Bu, xüsusilə kiçik və orta biznes üçün əmək haqqı xərclərini aşağı salmaqla məşğulluğa təkan verir. Gəlir vergisi və sığorta islahatları Azərbaycan iqtisadiyyatında xüsusilə qeyri-neft-qaz sektorunun özəl bölməsinə geniş təsirlər göstərməyi hədəfləyir. Yeni model həm vergi yükünün azaldılması, həm də sosial sığorta sisteminin daha ədalətli qurulması baxımından mühüm dəyişikliklər vəd edir. Bununla yanaşı, islahatların həm müsbət, həm də risk doğuran tərəfləri mövcuddur.

    İlk növbədə, dəyişikliklər rəsmi məşğulluğun təşviqinə ciddi töhfə verəcək. Xüsusilə 2500–8000 manat arası gəliri olan işçilər üçün vergi və sığorta haqlarının azalması işəgötürənləri işçiləri rəsmi şəkildə qeydiyyata almağa həvəsləndirəcək. Bu, qısa müddətdə qeyri-rəsmi ödənişlərin azalmasına, uzunmüddətdə isə dövlətin sosial və tibbi sığorta fondlarına daha stabil gəlirin formalaşmasına imkan yaradacaq. Eyni zamanda, islahatlar Kiçik və Orta Biznesin də fəaliyyətini yüngülləşdirəcək. KOB-lər üçün ən böyük xərc maddələrindən biri əməkhaqqı fondu olduğundan, tibbi sığorta haqlarının kəskin aşağı salınması onların maliyyə yükünü azaldaraq yeni iş yerlərinin açılmasına şərait yarada bilər.

    Yeni sistem sosial ədalət baxımından da mühüm addım hesab olunur. Mərhələli tətbiq aşağı gəlirli işçiləri daha çox qoruyur, yüksək gəlir qruplarında isə sosial sığorta yükünün azalması işəgötürənlərin əlavə xərcini müəyyən qədər kompensasiya edir. Bu yanaşma həm sosial ədaləti, həm də əmək bazarında balansı qorumağa xidmət edir. Bundan əlavə, vergi güzəştləri nəticəsində iqtisadi rəsmləşmə genişlənəcək, daha çox sahibkarlıq fəaliyyəti rəsmi sektora keçəcək və nəticədə dövlət büdcəsinin gəlir bazası genişlənəcək.

    Lakin islahatların müəyyən mənfi tərəfləri və riskləri də mövcuddur. Əvvəlcə, qısamüddətli dövrdə dövlət büdcəsində müəyyən gəlir itkisi qaçılmaz görünür. Vergi yükünün azalması ilk illərdə büdcənin gəlir hissəsinə təzyiq yarada bilər, baxmayaraq ki, rəsmləşmənin artması bu itkinin tədricən kompensasiya olunmasına səbəb ola bilər. Digər bir çətinlik isə inzibati idarəetmənin mürəkkəbləşməsidir. Mövcud sadə vahid dərəcədən fərqli olaraq, yeni çoxpilləli vergi sisteminə keçid həm işəgötürənlərin, həm də vergi orqanlarının hesablamalarını daha mürəkkəb edəcək.

    Bundan başqa, 2028-ci ildən etibarən aylıq 2500 manatadək gəlir əldə edən şəxslər üçün vergi dərəcəsinin 7%-ə yüksəlməsi bu qrup üçün qismən vergi artımı ilə nəticələnə bilər. Hazırkı sistemdə 14%-lik dərəcənin tətbiq olunmasına baxmayaraq, 200 manatlıq güzəşt sayəsində bu qrupun faktiki vergi yükü daha az idi. Yeni sistemin ilk illərində yüngülləşmə olsa da, sonrakı mərhələdə orta təbəqə üçün nisbi yük artımı müşahidə oluna bilər.

    Daha bir risk isə sektorlararası bərabərsizliyin dərinləşməsi ilə bağlıdır. Çünki güzəştlər yalnız qeyri-neft-qaz sektorunun özəl bölməsini əhatə edir. Dövlət sektoru və neft-qaz sahəsində çalışanlarla müqayisədə digər sektor işçilərinin daha əlverişli şərait əldə etməsi əmək bazarında müəyyən disbalans yarada bilər və işçi axınının istiqamətini dəyişə bilər.

    Müəllif:Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

    09 Sentyabr 2026

    Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

    08 Sentyabr 2026

    Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

    08 Sentyabr 2026

    Xəzinədarlıq orqanları 8 ayda 864 mindən çox ödəniş tapşırığını icra edib

    08 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.