Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Regional rəqabətdə Azərbaycan: Hansı sahələrdə öndəyik, hansında geridəyik?-Avropa Bankının hesabatı
    Bank

    Regional rəqabətdə Azərbaycan: Hansı sahələrdə öndəyik, hansında geridəyik?-Avropa Bankının hesabatı

    01 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Avropa Yenidəurma və İnkişaf Bankının (AYİB) 2025-2026-cı illəri əhatə edən keçid hesabatında qeyd olunan məlumatlar əsasında aparılan müqayisə göstərir ki, Azərbaycanın regional inteqrasiya göstəriciləri sahələr üzrə fərqli dinamika nümayiş etdirir. Bəzi sahələrdə ölkə aydın şəkildə liderdir, digərlərində isə inkişaf üçün geniş potensial mövcuddur. Azərbaycan Gürcüstan, Moldova və Ukrayna ilə müqayisədə bir sıra strateji istiqamətlərdə üstünlüyə malik olsa da, müəyyən sektorlarda geriləmə problemləri diqqəti cəlb edir.

    Azərbaycanın Lider Olduğu Sahələr

    Liman fəaliyyətləri üzrə üstünlük

    Azərbaycan 6.12 bal nəticə ilə Şərqi Avropa və Qafqaz regionunun mütləq lideridir. Bu göstərici Gürcüstanın 4.18, Ukraynanın 3.60 və Moldovanın 3.53 balından əhəmiyyətli dərəcədə yüksəkdir. Bu fərq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın müasir infrastrukturunun və ölkənin Xəzər hövzəsində strateji mövqeyinin təsdiqidir.

    Yol infrastrukturu

    Azərbaycan  4.29 bal ilə yenə regionda birinci sıradadır. Bu göstərici Gürcüstan (3.60), Ukrayna (3.59) və Moldovanın (3.07) nəticələrindən daha yüksəkdir. Son illərdə avtomobil yollarının genişləndirilməsi, yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması bu sahədə əsas rol oynayır.

    Enerji sektoru

    Enerji sahəsində Azərbaycan 7.94 bal ilə regionun ən güclü oyunçularından biridir. Bu sahədə yalnız Gürcüstan (8.06) Azərbaycandan bir qədər üstün mövqedədir. Azərbaycanın enerji infrastrukturu, ixrac gücü və tranzit imkanları bu nəticələri şərtləndirir.

    Azərbaycanın orta mövqedə olduğu sahələr

    Telekommunikasiya

    Telekommunikasiya sahəsində Azərbaycan 5.69 bal toplayaraq orta mövqedə qərarlaşır. Moldova (6.18) və Gürcüstan (5.76) daha yüksək nəticə göstərsə də, Azərbaycan Ukraynanı (5.32) üstələyir. Bu göstərici ölkədə rəqəmsal transformasiya prosesinin irəlilədiyini, lakin hələ də təkmilləşməyə ehtiyac olduğunu göstərir.

    Azərbaycanda inkişafa ehtiyac olan sahələr

    Tullantıların idarə edilməsi

    Bu sahə Azərbaycanın ən zəif göstəricisidir. 2.54 bal ilə ölkə yalnız Moldovanı (2.46) qabaqlayır və Gürcüstanın (5.00) çox gerisində qalır. Bu, ekoloji siyasətlərin, təkrar emal sistemlərinin və müasir tullantı infrastrukturunun yenilənməsinin vacibliyini ortaya qoyur.

    Ticarət və investisiya mühiti

    Azərbaycan bu sahədə 5.12 bal ilə regionda ən aşağı göstəriciyə malikdir. Gürcüstan (6.31) və Ukrayna (6.38) bu sahədə nəzərəçarpacaq dərəcədə yüksək nəticələr göstərir. Bu, ölkədə biznes və investisiya mühitinin daha çevik, şəffaf və investor dostu olması üçün islahatların əhəmiyyətini vurğulayır.

    Dəmiryol infrastrukturu

    Azərbaycan 4.59 bal ilə bu sahədə orta göstərici əldə edir. Gürcüstan (5.70) bir qədər irəlidə olsa da, Azərbaycan Moldovanı (4.19) və Ukraynanı (4.15) üstələyir. Bu sahədə modernləşmə və yükdaşımaların artırılması üçün potensial böyükdür.

    Ümumilikdə, Azərbaycan logistika — xüsusilə liman əməliyyatları və yol infrastrukturu — eləcə də enerji sektoruüzrə regionda aparıcı mövqelərə malikdir. Bununla belə, tullantıların idarə olunması, ticarət və investisiya mühitikimi sahələrdə ölkə rəqiblərindən geri qalır.

    Gürcüstanın tullantıların idarə edilməsi və ticarət-investisiya sahəsində əldə etdiyi nəticələr göstərir ki, düzgün siyasət və səmərəli islahatlar bu istiqamətlərdə qısa müddətdə böyük irəliləyiş yarada bilər.

    Azərbaycan üçün əsas prioritetlər:

    • Ekoloji idarəetmənin gücləndirilməsi

    • İnvestisiya mühitinin liberallaşdırılması

    • Dəmiryolu infrastrukturunun modernləşdirilməsi

    • Telekommunikasiya sektorunda rəqabətliliyin artırılması

    Bu addımlar ölkənin regional rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.