Ləğv prosesində olan “Muğanbank” ASC 1 dekabr 2025-ci il tarixindən etibarən fəaliyyətini yeni ünvanda davam etdirəcək.
Bankın ləvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən yayımlanan rəsmi məlumatına əsasən, qurumun yeni ünvanı Bakı şəhəri, Xocalı prospekti 36A (ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi) kimi müəyyən edilib.
Müştərilərə qeyd edilən tarixdən etibarən bankın yeni ünvanı ilə əlaqə saxlamaq tövsiyə olunur.

