ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq.
GDP xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. ABŞ rəsmilərinin açıqlamasına görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi – red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq.