Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”na əsasən, 2025-ci ilin ilk 6 ayında banklararası bazarın təminatsız sektorunda aktivlik artımı müşahidə edilmişdir.
GDP xəbər verir ki, bu dövrdə Blumberq ticarət sistemində banklar arasında ümumilikdə 41,4 milyard manat dəyərində 2.148 ədəd təminatsız əqd bağlanmışdır.
Məlumata görə, bağlanan təminatsız əməliyyatların həcminin 95%-i çox qısa müddətli – 1-3 günlük ödəmə müddətinə malik olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artmışdır. Bu göstəricilər banklararası təminatsız bazarın dinamik inkişafını və likvidlik üçün qısamüddətli alətlərə artan tələbatı əks etdirir.