Apple-ın Azərbaycandakı rəsmi texniki nümayəndəsi Asif İbrahimov bildirib ki, illərlə davam edən güclü əməkdaşlıq və rəsmi nümayəndəlik fəaliyyəti nəticəsində ölkəmiz çox önəmli bir nailiyyətə imza atıb.
Onun sözlərinə görə, 9 il ərzində Apple ilə saysız layihələrin uğurla həyata keçirilməsi və göstərilən operativlik nəticəsində Azərbaycanın şirkət qarşısındakı statusu dəyişdirilib. Belə ki, bundan sonra ölkəmiz Apple-un 3-4-cü dərəcəli ölkə siyahısından 2-ci dərəcəli ölkə siyahısına yüksəlib.
Bu dəyişiklik nəticəsində yeni iPhone modelləri Azərbaycana daha tez göndəriləcək və ABŞ-da və digər birinci dərəcəli ölkələrdə satışa çıxdıqdan dərhal sonra rəsmi satış ölkələri sırasına ölkəmiz də qoşulacaq.
Asif İbrahimov bu uğurun yalnız texnologiya baxımından deyil, həm də Azərbaycanın dünyada tanınması və nüfuzunun artması baxımından ciddi əhəmiyyət daşıdığını vurğulayıb.