ABŞ Hökumətinin Etika İdarəsi tərəfindən açıqlanan sənədlərə görə, prezident Donald Tramp 100 milyon dollardan çox məbləğdə istiqraz alıb.
Rəsmi məlumatlara əsasən, Trampın portfelində Citigroup, Morgan Stanley, Wells Fargo kimi iri maliyyə institutlarının istiqrazları, həmçinin Meta (Facebook və Instagram-ın ana şirkəti), Qualcomm, The Home Depot, T-Mobile USA və UnitedHealth Group şirkətlərinin qiymətli kağızları yer alıb.
Məlumatına görə, Ağ Evdən verilən açıqlamada Tramp və ailəsinin bu alışlarda heç bir rolunun olmadığı, əməliyyatların üçüncü tərəf maliyyə təşkilatı tərəfindən həyata keçirildiyi bildirilib.