ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov açıqlayıb ki, bankla Qarabağ FK arasında “ABB-Qarabağ” adlı birgə brend kartının buraxılmasına dair memorandum imzalanıb.
Abbas İbrahimov bildirib ki, tərəfdaşlıq “Qarabağ” komandasının yaratdığı birliyi və coşğunu azarkeşlərin gündəlik həyat təcrübələri ilə birləşdirməyi hədəfləyir.
Tədbirdə Qarabağ FK-nın prezidenti Tahir Gözel, klubun baş məşqçisi Qurban Qurbanov, futbolçular və ABB komandası iştirak edib.
“ABB-Qarabağ” kobrend kartının yaxın aylarda təqdim olunacağı açıqlanıb.
Tədbirdə iştirak edənlər “Qarabağ”a irəlidəki oyunlarda yeni qələbələr arzulayıblar.






