Yelo Bank Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı 13 yanvar 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.
GDP xəbər verir ki, yığıncaq Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında baş tutacaq.
İclasın gündəliyinə cari və təşkilati məsələlərə baxılması, həmçinin bankın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Nizamnamənin yeni redaksiyada təsdiq olunması daxildir.
Yığıncaqda iştirak etmək üçün səhmdarlar şəxsiyyət vəsiqəsini və müvafiq səlahiyyətləri təsdiq edən sənədləri təqdim etməlidirlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisi ilə əlaqə saxlayaraq tanış ola bilərlər.

