“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) növbəti ümumi yığıncağını 29 yanvar 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçirməyi planlaşdırır.
GDP xəbər verir ki, yığıncaqda müzakirəyə çıxarılacaq məsələlərdən biri, “PAŞA Bank”ın səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə aid olan müvafiq məsələlər olacaqdır.
Məlumata görə, səhmdarlara, yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərə dair materiallarla tanış olmaq imkanı veriləcək. Bu məqsədlə, səhmdarlar Bankın Baş ofisində və eyni zamanda elektron qaydada müvafiq materiallara müraciət edə bilərlər.
Yığıncaq barədə əlavə məlumatlar və sənədlər, səhmdarların üzv olduğu telekommunikasiya vasitələri ilə təqdim olunacaqdır.

