PAŞA Bank -ın Marketinq Direktoru Zara İbrahimzadə bank daxilində yeni vəzifəyə təyin olunub. O, artıq PAŞA Bankın Baş Direktoruna müşavir vəzifəsini icra edir.
GDP xəbər verir ki, Zara İbrahimzadə ötən üç il ərzində, 2023-cü ilin fevralından etibarən, PAŞA Bankın Marketinq Direktoru kimi fəaliyyət göstərib. Onun rəhbərliyi altında 50 nəfərdən ibarət marketinq ekosistemi bankın kommersial artımı, brend nüfuzu və müştəri məmnuniyyətinin artırılması üçün çalışıb.
Onun bankdakı fəaliyyəti dəyərlərə əsaslanan qərarların qəbulu və ölçülə bilən biznes təsirinə yönəlmişdir.
Böyük və zəngin təcrübəyə malik olan Zara İbrahimzadə, 2020-2023-cü illərdə ABB-də Marketinq Direktoru, 2016-2020-ci illərdə SOCAR Türkiyə-də Marketinq və Kommunikasiya Meneceri/Koordinatoru, 2015-2016-cı illərdə isə Akkuyu Nükleer-də İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri vəzifələrində çalışıb.
İbrahimzadənin peşəkar karyerasına 2007-2015-ci illərdə LUKOIL EURASIA PETROL A.Ş.-də İctimaiyyətlə Əlaqələr və Reklam Meneceri kimi fəaliyyəti, eləcə də daha əvvəl Sparrows Group, EU TACIS layihəsi və Financial Times-da müxtəlif vəzifələrdə işləməsi daxildir.

