Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni üzv təyin olunub.
GDP xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin Hesabatlar və analitik təhlil sektorunun müdiri Elvin Nəsibov ƏSF-nin Himayəçilik Şurasının üzvü seçilib.
Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib. Onun yerinə həmin şöbənin müdir müavini Gündüz Əliyev Şuranın əsas heyət üzvü təyin edilib.
Qeyd edək ki, hazırda ƏSF-nin Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Gülər Paşayevadır. Şuranın tərkibi 7 nəfərdən ibarətdir. Əvvəlki üzvlərdən biri Sadiq Əliyev olub. O, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

