Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib
    Sığorta

    İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

    06 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni rəqəmsal layihələrin icrasını davam etdirir.

    GDP xəbər verir ki, bu çərçivədə İSB tərəfindən 4 yeni elektron xidmət istifadəyə verilib.

    Yeni elektron xidmətlər aşağıdakılardır:

    • Bonus-malus əmsalı ilə bağlı onlayn müraciət

    • Radar cəriməsi üzrə onlayn müraciət

    • Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət

    • Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üzrə onlayn müraciət

    Xidmətlərdən istifadə imkanının yaradılması məqsədilə İSB-nin yenilənmiş rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb. İstifadəçilər bu xidmətlərdən yararlanmaq üçün İSB-nin informasiya sistemindəki şəxsi kabinetə myGov ID, SİMA İmza, Asan İmza və ya elektron imza (e-imza) vasitəsilə daxil ola bilərlər.

    “Bonus-malus əmsalı üzrə onlayn müraciət” sığorta müqaviləsi bağlanarkən sığorta haqqının hesablanması zamanı yaranan məsələlərin araşdırılması məqsədi daşıyır. Bu xidmət vasitəsilə sığortalının əvvəlki sığorta tarixçəsi, qəzasız sürücülük göstəriciləri, həmçinin tətbiq edilən endirim və ya əlavələr yoxlanılır.

    “Radar cəriməsi üzrə onlayn müraciət” isə radar vasitəsilə qeydə alınmış inzibati xətalarla bağlı vətəndaş müraciətlərinin qəbulu və araşdırılması üçün nəzərdə tutulub. Araşdırma zamanı cərimənin əsassız və ya yanlış tətbiq edildiyi müəyyən olunarsa, İSB tərəfindən cərimənin ləğvi ilə bağlı müvafiq qurumlara rəsmi müraciət göndərilir.

    “Sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” sığorta şirkətlərinə, sığortalının yazılı razılığı əsasında, onun əvvəlki sığorta hadisələri barədə məlumatları elektron qaydada əldə etməyə imkan yaradır. Bu, məlumatların operativ və təhlükəsiz ötürülməsini təmin edir.

    “Müstəqil ekspert təyini üzrə onlayn müraciət” xidməti isə sığorta hadisəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan 7 iş günü ərzində qiymətləndirmə aparılmadıqda və ya təqdim edilən qiymətləndirmə nəticəsi vətəndaşı qane etmədikdə, zərərçəkmiş və ya faydalanan şəxslərə müstəqil ekspert seçimini tam rəqəmsal şəkildə həyata keçirməyə imkan verir.

    Qeyd olunub ki, müraciətlərin elektron formada təqdim edilməsi vətəndaşların Büroya və sığorta şirkətlərinə fiziki müraciətinə, eləcə də poçt xidmətlərindən istifadəyə ehtiyacı aradan qaldırmaqla xidmətlərin daha operativ və səmərəli göstərilməsinə şərait yaradır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “PAŞA Sığorta” I yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı

    28 İyul 2026

    Mərkəzi Bank sığorta agenti Rizvan Məmmədovun lisenziyasını ləğv edib

    22 İyul 2026

    Sığortaçılar Assosiasiyasında sığorta agentlərinin problemlərinə dair işçi qrupları yaradılıb

    20 İyul 2026

    “Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir”

    30 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.