Brent markalı neftin qiyməti bir barel üçün 79,01 dollara düşüb.
GDP xəbər verir ki, çərşənbə günü səhər saatlarında ABŞ və İran arasında sülh danışıqlarında irəliləyiş əldə olunacağına dair ümidlərin artması fonunda neftin qiyməti enməkdə davam edib.
Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,35 dollar (0,44 %) ucuzlaşaraq bir barel üçün 79,01 dollara satılıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersləri isə həmin vaxtadək 0,49 dollar (0,65 %) ucuzlaşaraq bir barel üçün 75,28 dollara enib.

