Bütövlükdə Azərbaycanı əhatə edən “Milliön”ün 1250 yeni ödəmə terminalı quraşdırılmağa hazırlanır.
GDP xəbər verir ki, ilin sonunadək quraşdırılacaq ödəmə terminallarının sayı 1500-dən artıq olacaq. Quraşdırılacaq terminalların 60 %-i regionlarda, 40 faizi isə Bakı və Abşeron ərazisində yerləşəcək.
Hazırda Bakı, Sumqayıt və Abşeronda 2270, Quba-Qusar zonasında 250-dən çox, Naxçıvanda 160, Lənkəran-Astarada 306, Qarabağda 27, Şəki-Zaqatalada 164, Qəbələ-İsmayıllıda 124, Aran zonasında 213, Tovuz-Gədəbəy ərazisində isə 700-dən çox “Milliön” ödəmə terminalı fəaliyyət göstərir.
Qeyd edək ki, 900 növ xidmətlə hər ay milyonlarla insana xitab edən “Milliön” bir “PashaPay” məhsuludur.