Bəhreyn kral ailəsinin üzvü Azərbaycanın yüksək kredit reytinqini və investisiya cəlbediciliyini qiymətləndirib
GDP xəbər verir ki, Bəhreyn kral ailəsinin üzvü, İslami Maliyyə Təşkilatları üçün Mühasibat Uçotu və Audit üzrə Beynəlxalq Təşkilatın (AAOIFI) sədri Şeyx Əl Xəlifə Azərbaycanın beynəlxalq mövqeyi haqqında mühüm bəyanat verib.
“Bu gün Azərbaycan ərəb və müsəlman ölkələrinin ən yaxın müttəfiqidir. Ölkədə həyata keçirilən hər bir beynəlxalq layihə AAA kateqoriyalı yüksək kredit reytinqi alır. Buna görə də Azərbaycana edilən hər hansı investisiya ən sərfəli, təhlükəsiz və gəlirli olacaq” – deyə Şeyx Əl Xəlifə vurğulayıb.
Bəhreyn kral ailəsinin üzvü qeyd edib ki, Fars körfəzi ölkələri Azərbaycanı qardaş ölkə kimi qiymətləndirir.
Qeyd edək ki,Mərkəzi Bəhreynin paytaxtı Mənəmə şəhərində yerləşən AAOIFI beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi bütün dünyada İslami banklar və maliyyə təşkilatları üçün mühasibat uçotu və audit standartlarının işlənib hazırlanması və təsdiq edilməsidir.