Bu gün ABB Səhmdarlarının Ümumi Yığıncağında bir sıra mühüm qərarlar verildi.
GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimova açıqlayıb.
O bildirib: “Bankımız 6 ildir ki, ardıcıl olaraq öz səhmdarlarına yüksək məbləğdə dividend ödəyir. Bu il də əsas səhmdarımız olan dövlətimizə və 1800-ə yaxın digər səhmdarlarımıza 185 mln. AZN məbləğində dividend ödənişimiz olacaq. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15,1%-ə yüksəlir. Bundan sonra da daim səhmdarlarımız üçün yüksək dəyərlər yaratmağa çalışacağıq!”
Abbas İbrahimova qeyd edib ki, yığıncağın daha bir mühüm qərarı isə kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin buraxılması ilə bağlıdır. “Hüquqi prosedurlar yekunlaşdıqdan sonra bu barədə geniş məlumatları ictimaiyyətlə bölüşəcəyik. ABB-yə minlərlə yeni səhmdarın cəlbi, beləliklə, vətəndaşların ABB-nin idarəedilməsində iştirakının genişləndirilməsi, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı əsas məqsədimizdir.”
Müəllif: Aynur Qəniyeva