Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamına əsasən, ABB-dən başqa bir sıra dövlət müəssisələrinə də özəl investisiyaların cəlbi nəzərdə tutulur.
Bunu İnvestor Klub-un təsisçisi Mansur Məmmədov bildirib.
Mansur Məmmədov bildirib: “Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamına əsasən, ABB-dən başqa bir sıra dövlət müəssisələrinə də özəl investisiyaların cəlbi nəzərdə tutulur. ABB səhmlərinin uğurlu yerləşdirilməsi, çox güman ki, gələcəkdə daha çox yerləşdirmələrə gətirib çıxaracaq və potensial olaraq yerli iqtisadiyyatı yeni səviyyəyə qaldıra biləcək investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq.
Sərəncamda siyahısı müəyyənləşmiş dövlət müəssisələri bunlardır:
– Bakı Telefon Rabitəsi İstehsalatı MMC
– Aztelecom MMC
– Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ǪSC
– AzerGold ǪSC
– Azərikimya İB-nin Etilen-Polietilen Zavodu
– Karbamid Zavodu
– Metanol Zavodu
Azərbaycan mühüm iqtisadi transformasiyanın astanasındadır. ABB səhmlərinin uğurlu yerləşdirilməsi bu baxımdan transformasiya proseslərinin güclü kapital bazarının yaradılması istiqamətində mühüm addımdır. Bu da öz növbəsində yerli biznesi qlobal miqyasda böyümək və rəqabət aparmaq üçün lazımi maliyyə vəsaiti ilə təmin edəcək. Dövlətin maliyyə yükünü azaldacaq, investorlar üçün yeni imkanlar açacaq.”
Peşəkar broker əlavə edib ki, “Kapital bazarının inkişafı həm yerli, həm beynəlxalq investorları cəlb edə bilər. Bu da ölkəyə kapital axınının artmasına, iş yerlərinin yaradılmasına və ümumi iqtisadi rifaha gətirib çıxaracaq.”
Mənbə:Banker