ABB-nin İdarə Heyətinin Rəhbəri Abbas İbrahimov bildirib ki, Ağdam şəhərində ABB Müşahidə Şurasının iclası keçirilib.
GDP xəbər verir ki, iclasda cari inkişaf strategiyasının icra vəziyyəti dəyərləndirilib və 2026-2028-ci illər üçün yeni Strateji İnkişaf Planı təsdiqlənib.
Abbas İbrahimov qeyd edib ki, hədəf seqmentlərdə liderlik, yeni coğrafiyalara genişlənmə, “Bank xidmətlərindən kənar” (Beyond banking) məhsullarla zənginləşən müştəri təcrübəsi və ölkə miqyasında istedad liderliyi yeni strategiyanın əsas hədəfləridir.
“Süni intellekt əsaslı innovasiyalar isə bu hədəflərə çatmağımızda əsas drayver olacaq,” – deyə İbrahimov vurğulayıb.
O, həmçinin qeyd edib ki, iclasın Ağdamda keçirilməsi regiondakı genişmiqyaslı bərpa və quruculuq işlərini yerində görmək, həmçinin Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə birbaşa əlaqə yaratmaq imkanı verib.





