Almaniyanın Frankfurt şəhərində keçirilən SIBOS 2025 konfransı çərçivəsində ABB ilə Almaniyanın Helaba Bankı arasında müqavilə imzalanıb.
GDP xəbər verir ki, 37 milyon avro məbləğində müqavilə korporativ müştərilərin yerli istehsalının dəstəklənməsi və ixrac potensialının artırılması məqsədinə yönəlib.
Qeyd edək ki, Almaniyanın Helaba Bankı real sektorun maliyyələşdirilməsi sahəsində Avropanın qabaqcıl banklarındandır.